Azərbaycan idmançıları Rövşən Xəlilov və Aydın Hümbətov Gürcüstanda keçirilən stronqmen üzrə Tbilisi Beynəlxalq Qran-Prisində qızıl medal qazanıblar.

"Unikal" xəbər verir ki, Xəlilov 80 kq-da , Hümbətov isə 105 kiloqramdan yuxarı çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, R.Xəlilov dünya və Avropa, A.Hümbətov isə Azərbaycan çempionudur.(report.az)