"Barselona"nın müdafiəçisi Kleman Lanqle bir neçə aya komandasını tərk edəcək.
"Unikal" xəbər verir ki, fransalı futbolçu "Sevilya"dan təklif alıb. 26 yaşlı futbolçunun mövsümün sonunda "Sevilya"ya keçəcəyi gözlənilir.
Qeyd edək ki, Lanqle 2018-ci ildən "Barselona"da çıxış edir.