Türkiyəli aktyor Murad Yıldırımın yeni layihəsi bəlli olub.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Yer eksi iki" filmində baş rolu canlandıracaq. Yıldırım tərəf müqabilinin Simay Barlasın olmasını istəyib. Cütlük yenidən eyni layihədə yer alacaq.
Qeyd edək ki, Simayla Murad "Aziz" serialında evli cütlüyü canlandırır.