Təqvimdə dahi insanların yalnız doğum günü olur. Ona görə də Azərbaycan xalqı 10 may tarixini məhz Ulu öndər Heydər Əliyevin doğum günü kimi qeyd edir.
"Unikal" xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. O bildirib ki, Azərbaycan xalqının qəlbində ulu öndərin irsi yaşayır.
"Heydər Əliyevin fəaliyyəti məhz Azərbaycan Respublikasının, ölkəmizin inkişafı, dövlətçiliyinin gücləndirilməsi ilə bilavasitə bağlıdır. Ulu öndər fenomeninə yalnız Azərbaycan Respublikasının kontekstində yox, 200 il ərzində ölkəmizə qarşı hazırlanmış məkrli planlar çərçivəsində baxmaq lazım idi. İstər 19-cu, istər 20-ci yüzillikdə addım-addım ölkəmizə qarşı bu plan həyata keçirilirdi.
Məhz Qarabağ hərəkatı, erməni lobbisi və dairələri tərəfindən Qarabağın işğalı da 1980-ci illərin sonunda ulu öndərin SSRİ rəhbərliyindən götürülməsindən və ona qarşı məkrli planların həyata keçirilməsindən sonra başladı. Burada məkrli planı həyata keçirənlər hər şeyi çox yaxşı şəkildə planlaşdırmışdılar. Amma onlar iki şeyi nəzərə ala bilməmişdilər. Bu, rəhmətlik Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının əzmi idi. Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinin təməlləri qoyuldu. Ölkəmizin daxili siyasətinin inkişafı, xarici siyasət strategiyasının əsasları qoyuldu. O addımla da Azərbaycan dövləti yeni inkişaf mərhələsinə qədəm qoydu.
O, yalnız yaşadıqları dövrlə yox, özündən sonra qoyduğu siyasi irslə də yadda qaldı. Ulu öndər tərəfindən qoyulan siyasi irs bu gün də qorunub saxlanılır. Ulu öndər tərəfindən qoyulmuş bir vəsiyyət var idi, Qarabağın işğaldan azad olunması. 8 Noyabr 2020-ci ildə Azərbaycan qəlbinin tacı olan Şuşa şəhəri işğaldan azad olundu. Cənab prezident tərəfindən də xalqımıza, dünya azərbaycanlılarına müraciətdə məhz ata vəziyyətinin həyata keçirilməsini səsləndirdi", H. Hacıyev deyib.
Anar Kəlbiyev