Xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın Azərbaycanın təklif etdiyi 5 maddəlik baza prinsipinə yanaşmasından danışıb.
"Unikal"ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında deyib ki, Ermənistanın Azərbaycanın təkliflərinə 6 bəndlə cavabını təklif adlandırmaq olmaz.
"Bu, sadəcə onların reaksiyasıdır", - deyə Ceyhun Bayramov əlavə edib.
"Mən o 6 bənddən ibarət reaksiyanın bir neçəsini sadalaya bilərəm və siz də qənaətə gələ bilərsiniz ki, bunu nə qədər təklif adlndırmaq olar”-Ceyhun Bayramov bildirib.
Nazir qeyd edib ki, Ermənistanın reaksiyası hardasa Azərbaycanın ərazi bütövlüyünün tanınmasıdır.
Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın sülh gündəliyi ilə bağlı 5 maddəlik baza prinsipinə 6 bəndlə cavab verildiyini açıqlayıb.
Anar Kəlbiyev