Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı mərhum Prezidentin mühafizəçisi olmuş Mübariz Pənahov Ulu Öndərlə bağlı xatirələrini bölüşüb.
M.Pənahov "Unikal"a açıqlamasında bildirib ki, o, mütəmadi olaraq Heydər Əliyevin məzarını ziyarət edir:
"Mən, eləcə də övladlarım tez-tez Ümummili liderimizin məzarını ziyarət edirik, ruhuna dualar oxuyuruq. Hər zaman özümü Heydər Əliyevin əsgəri hesab etmişəm. Heydər Əliyev kimi bir şəxsiyyət dünyaya nadir hallarda gəlir. Onun Azərbaycan xalqı üçün bir sərvət olduğunu heç kim dana bilməz. İllər ötəcək, amma onun ideyaları, xalqımız və dövlətimiz üçün etdikləri tarixdə qalacaq. Qədirbilən Azərbaycan xalqı da onun əziz xatirəsini heç vaxt unutmayacaq".
Gülayə Mecid