Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşa şəhərində Heydər Əliyev Fondu tərəfindən Şirin su hamamında, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın evində, Mehmandarovlar malikanə kompleksində aparılacaq bərpa işləri ilə tanış olublar.
"Unikal" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti yayıb.
Dövlət başçısı və birinci xanım həmçinin “Shusha Boutique Hotel”də və Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə də tanış olublar.