Ekvador polisi dünən həbsxanada baş verən iğtişaşlar və qarşıdurmalar zamanı qaçan məhbuslardan 200-nün tutulduğunu açıqlayıb.
"Unikal" xəbər verir ki, Polis rəisi Geovanny Ponce verdiyi açıqlamada , "Dünən cəmi 220 nəfər qaçdı və indi onlardan 200-nü tutduq", - deyə bildirib.
Ponce, qalan 20 qaçaq haqqında məlumat verənlərin 3000 dollara qədər mükafatla mükafatlandırılacağını söyləyib.
Qeyd edək ki, ötən ildən bu yana ölkədəki rəqib dəstələr arasında baş verən zorakılıqlarda 400-dən çox məhbus həbsxanalarda ölüb.