Albaniyada yeni prezident üçün seçki prosesinə rəsmən start verilib.
"Unikal" xəbər verir ki, keçən il qərəzsizlik prinsipini pozduğuna görə vəzifəsindən uzaqlaşdırılan hazırkı prezident İlir Metanın varisi üçün səsvermənin ilk turu mayın 16-da keçiriləcək.
Albaniyada hökumət əleyhinə çıxışları ilə tez-tez gündəmə gələn prezident İlir Metanın səlahiyyət müddəti iyulun 24-də başa çatır.