Bursada ticarət mərkəzi “Zafer Plaza”da bir geyim mağazasının tavanı uçub.

"Unikal" Türkiyə KİV-ə  istinadən xəbər verir ki, hadisədən sonra mərkəzdə olan insanlar çölə qaçmağa başlayıb.

Məlumata görə, məşhur geyim mağazasında yaranan yanğından sonra mağazanın tavanı uçub. Əraziyə çox sayda polis və xilasedicilər cəlb olunub.

Hazırda dağıntılar arasında qalanların olub-olmaması araşdırılır.