"Qarabağ" klubu baş məşqçisi Qurban Qurbanovun müqavilə müddətini uzadıb.
"Unikal" klubun saytına istinadən xəbər verir ki, yeni anlaşmaya əsasən, 50 yaşlı mütəxəssis daha 3 il Ağdam təmsilçisinin baş məşqçisi olacaq.
Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ildən "Qarabağ"ın baş məşqçisidir. Qurbanov bu müddət ərzində komanda ilə 8 dəfə Azərbaycan çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb.