Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində növbəti görüşünü keçirib.
"Unikal" xəbər verir ki, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın VI turunda ağ fiqurlarla Alireza Firuzca (Fransa) ilə üz-üzə gəlib. Tərəflər 96-cı gedişdə sülhə razılaşıblar.