Tacikistanın paytaxtı Düşənbə şəhərində MDB XİN rəhbərlərinin görüşü başlayıb.
"Unikal" xəbər verir ki, görüşdə tərəflər regional və beynəlxalq mövzularda fikir mübadiləsi aparacaq.
Xüsusi diqqət beynəlxalq təhlükəsizlik, mədəni, humanitar və elmi sahədə əməkdaşlığın möhkəmlənməsinə yönələcək.
Görüşdə Azərbaycan XİN başçısı Ceyhun Bayramov da iştirak edir.