"İkinci Qarabağ müharibəsi zamanı yayılan şayiələr, dezinformasiyalar bizə bu məsələdə həmrəyliyin əhəmiyyətini göstərdi".
"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətlər Təşkilatının (TDT) media və informasiyadan məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin İstanbulda keçirilən 4-cü toplantısına göndərdiyi videomüraciətində bildirib.
"44 gün ərzində çox çətin mübarizə aparıldı. Bu təcrübə bir daha onu göstərir ki, “Dördüncü hakimiyyət” olan media bəzi qüvvələrin əlində manipulyasiya alətinə çevrilib”, - o deyib.