May ayının 13-15-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi davam edir.
Ağır Atletika Federasiyasından "Unikal"a bildirilib ki, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir. İkinci yarış günündə yaşı 15-ə qədər olan oğlanlarda 61 və 67 kq, yaşı 17-yə qədər oğlanlarda isə 55, 61 və 67 kq çəki dərəcələrində qaliblərin adlarına aydınlıq gələcək.
Yaşı 17-yə qədər olan atletlərdə 55 kq çəki dərəcəsində medalçılar müəyyənləşib. Toplam 178 kq (78+100) nəticə ilə 2006-cı il təvəllüdlü Qazax idmançısı Amin Osmanov bütün rəqiblərini üstələyərək qızıl medal əldə edib. Toplam 174 kq nəticə nümayiş etdirən iki atletdən Ramil Kazımov (82+92) gümüş, Dəniz Cabbarlı (78+96) isə bürün medalçı adına layiq görülüb.