Türkiyənin "Fənərbağça" klubu heyətini ulduz futbolçuyla gücləndirməyə hazırlaşır.

"Unikal" "Fanatik"ə istinadla xəbər verir ki, İstanbul təmsilçisi İtaliya "İnter"inin hücumçusu Edin Cekonu transfer etməyə yaxındır.

"Fənərbağça"nın yeni baş məşqçisi olacaq Portuqaliyalı mütəxəssis Xorxe Xesusun istəyinə əsasən, 36 yaşlı bosniyalı forvardın keçidi üçün A Seriyası klubunun rəhbərliyi ilə danışıqlar aparılır.

İlkin razılığın əldə olunduğu da bildirilir.