Mayın 16-dan etibarən Avstriyaya səyahət edənlər üçün koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan 3G qaydası (peyvənd sertifikatı, sağalmaya dair arayış və ya PZR testi) ləğv edilir.
"Unikal" xəbər verir ki, bu qərarla da dünyanın istənilən ölkəsindən Avstriyaya səfər edənlər heç bir öhdəlik olmadan ölkəyə daxil ola biləcəklər. Səhiyyə Nazirliyinin sərəncamında bu qərar hazırkı epidemioloji vəziyyətlə əlaqələndirilib.