Londondakı “Uembli” stadionunda İngiltərə kubokunun finalı keçirilib.
"Unikal" xəbər verir ki, həlledici matçda "Çelsi" və "Liverpul" qarşılaşıb. Qarşılaşmanın əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib.
Burada daha dəqiq olan "Liverpul" penaltilər seriyasında 6:5 hesabı ilə qalib gələrək kubokun sahibi olub.