Ukrayna Prezidenti Volodimir Zelenski ukraynalılara və bütün dünyaya müraciət edib.

"Unikal" xəbər verir ki, Zelenski hamını Ukraynanı “Avroviziya” mahnı müsabiqəsində təmsil edən “Kaluş” orkestrinə dəstək olmağa çağırıb.

" “Avroviziya” finalında bütün dünya bizim doğma sözümüzü eşidəcək. İnanıram ki, sonda qələbə olacaq! Avropa, “Kaluş” orkestrinə səs verin: nömrə 12! Bizimkilərə azarkeşlik edirik!" - deyə Ukrayna lideri bildirib.