Luis Suares karyerasını yenidən İngiltərədə davam etdirəcək.
"Unikal" "Fichajes"ə istinadən xəbər verir ki, "Aston Villa"nın baş məşqçisi Stiven Cerard sabiq komanda yoldaşını sərancamında görmək istəyir. 35 yaşlı uruqvaylı mövsümün sonunda "Atletiko" ilə yollarını ayıracaq.
Bildirək ki, Suares və Cerard "Liverpul"un heyətində birlikdə çıxış ediblər.
Qeyd edək ki, Uruqvay millisinin üzvü 2020-ci ildən "matrasçılar"da çıxış edir.