Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp ölkəmizə təşəkkür edib.
"Unikal" xəbər verir ki, bu barədə səfir “Twitter” hesabında paylaşım edib.
Böyük Britaniya səfiri kraliça II Elizabetə Prezident İlham Əliyev tərəfindən edilmiş hədiyyəyə görə Azərbaycana öz təşəkkürünü bildirib.
Qeyd edək ki, 12-15 may 2022-ci il tarixlərdə Böyük Britaniyada keçirilən ənənəvi “Vindzor Kral Atçılıq Şousu” tədbirləri çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kraliçası II Elizabet Azərbaycan Respublikasının Atçılıq Federasiyasının prezidenti Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətini Vindzor sarayında qəbul edib.
“Vindzor Kral Atçılıq Tədbirləri” çərçivəsində Azərbaycan təmsilçilərinin çıxışlarını böyük maraqla izləyən kraliça II Elizabetə İlham Əliyevin hədiyyəsi – “Şöhrət” adlı Qarabağ atı təqdim olunub.