Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki Fəxri konsulluğu fəaliyyətini bərpa edib.
"Unikal" xəbər verir ki, bu barədə konsulluğun saytında məlumat verilib. Bildirilir ki, artıq bir neçə gündür ki, şəhərdə vəziyyət sakitdir və ictimai nəqliyyatın fəaliyyəti bərpa olunub. Sakinlər də Xarkova qayıdırlar.
“Raket zərbəsi nəticəsində Fəxri konsulluğun Yaroslav Mudrova küçəsi, 7 ünvanında yerləşən binasına ziyan dəyib və kommunikasiyanın bərpasına ehtiyac yaranıb. Bu səbəbdən bu gündən etibarən Fəxri konsulluq Lyudmila Qurçenko küçəsi, 3-D ünvanında yerləşir”, - deyə məlumatda bildirilir.
Azərbaycan vətəndaşları fəxri konsulluğa aşağıdakı telefonlar vasitəsilə müraciət edə bilərlər:
+380503035727 Əfqan Salmanov
+38 0997887071 Oleq Velikih
+380688557004 Viktoriya Yanul