Rusiya və Belarus Milanda və Los-Ancelesdə keçiriləcək ( 2026 və 2028-ci illərdə ) Olimpiya Oyunlarının nümayişi üçün hüquqların satın alınması üzrə tenderdən kənarlaşdırılıb.
"UnikaI" xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsi (BOK) məlumat verib.
Artıq Rusiya Sankt-Peterburqda keçirilməli olan Çempionlar Liqasının finalına, Soçidə Formula 1 mərhələsinə, Buzda xokkey üzrə dünya çempionatına və bir çox digər turnirlərə ev sahibliyi etmək hüququndan məhrum edilib və demək olar ki, bütün idman növləri üzrə Rusiya təmsilçilərinin dünya səhnəsinə çıxmasına qadağa qoyuldu.
Ağarza Elçinoğlu