Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.
"Unikal" xəbər verir ki, günün üçüncü matçında "Sumqayıt" "Səbail"i qəbul edib.
Qarşılaşma "gənclik şəhəri" təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin qollarını 4-cü dəqiqədə Anatoli Nuriyev, 35 və 42-ci dəqiqələrdə Əli Qurbani, 51-ci dəqiqədə Elvin Bədəlov, 86-cı dəqiqədə isə Vüqar Bəybalayev vurub.
Qeyd edək ki, günün ilk matçlarında "Zirə" "Şamaxı" ilə qolsuz heç-heçə edib. "Qəbələ" isə "Sabah"la bərabərə qalıb - 1:1.