Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə ağır yol qəzası ilə bağlı başsağlığı verib.
"Unikal" xəbər verir ki, başsağlığıda deyilir:
"Qardaş Türkiyədə Adanadan Konya istiqamətində tələbələri daşıyan avtobusun qəza törətməsi xəbəri bizi çox kədərləndirdi. Qəza nəticəsində həyatını itirənlərin ailə üzvlərinə və yaxınlarına başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik".