22 may - "Beynəlxalq Bioloji Müxtəliflik Günü"ndə Xətai rayonunda yerləşən Gənclik parkında "Təbiəti qoruyaq" çağırışı ilə "Plastikləri atma, onlara ikinci həyat ver!" başlığı altında tədbir keçirilib.
"Unikal" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, bu gün təşkil olunan "master-class"da iştirak edən balaca dostlara tullantıların çeşidlənməsi ilə bağlı təlim keçirilib.
"Master-class" zamanı balaca dostlarımız plastik qablardan düzəltdikləri gül dibçəklərinə müxtəlif ağac və gül toxumları əkiblər".
S.Məmmədovanın sözlərinə görə, tədbirin keçirilməsində məqsəd uşaqlara yaradıcılıqla yanaşı, kiçik yaşlarından təbiəti sevməyi, ekologiyanı qorumağı öyrətməkdir.
"Sonda uşaqlara ətraf mühitin mühafizəsinə dair videoçarxlar nümayiş etdirilib, viktorinalar təşkil olunaraq qaliblər mükafatlandırılıb".
S.Məmmədova onu da qeyd edib ki, tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ekosfera Sosial Ekoloji Mərkəz Ictimai Birliyi və City Park tərəfindən təşkil olunub.