Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
Danışıq zamanı ikitərəfli əlaqələr, Türkiyə və Azərbaycanın iştirak etdiyi üçtərəfli mexanizmlər, Cənubi Qafqaz və Ukraynada baş verən son hadisələr müzakirə edilib.