Şahmat üzrə "Champions Chess Tour" onlayn seriyasının dördüncü mərhələsi olan "Chessable Masters" yarışında ilkin mərhələnin son oyunları keçirilib.
"Unikal" xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov Cons Gevane (İngiltərə), David Guizarro (İspaniya) və Dinq Liren (Çin) ilə keçirdiyi hər üç görüşünü heç-heçə ilə başa vurub. Ötən 15 turda 22 xal toplayan şahmatçımız dörddəbir finala vəsiqə qazanıb.
Mayın 26-dək davam edəcək turnirin mükafat fondu 210 min ABŞ dollarıdır.