Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla delimitasiya və sərhəd təhlükəsizliyi üzrə komissiyanın yaradılması barədə fərman imzalayıb.
"Unikal" “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.
Komissiyaya Baş nazirin müavini Mqer Qriqoryan rəhbərlik edəcək.
Komissiyada digər nazirliklərin və qurumların nümayəndələri də təmsil olunacaq. Bura xarici işlər nazirinin müavini Mnatsakan Safaryan, müdafiə nazirinin müavini Arman Sarkisyan, ədliyyə nazirinin müavini Qriqor Minasyan, ərazi idarəsi və infrastruktur nazirinin müavini Oqanes Arutyunyan da daxildir.