Bakıda keçmiş məhkum marşrut avtobusunda 4 sərnişini qarət edib.
Daxili İşlər Nazirliyindən "Unikal"a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda Binəqədi rayonu ərazisində marşrut avtobuslarında 4 vətəndaşın çantasından və cibindən pul, içərisində sənəd və bank kartları olan cüzdanlarını oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Qurban Mehdiyev müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.