Keniya və Zimbabve yığmaları 2023-cü il Afrika Millətlər Kubokunun seçmə mərhələsindən kənarlaşdırılıb.
"Unikal" Afrika Futbol Konfederasiyasının (CAF) rəsmi saytına istinadən xəbər verir ki, buna siyasi müdaxilə səbəb olub.
Ötən il hər iki ölkənin rəhbərliyi müxtəlif səbəblərdən milli assosiasiyaları ləğv edib. FIFA isə onların fəaliyyətinin dayandırılması ilə bağlı qərar verib.
Qərar növbəti xəbərdarlığadək qüvvədə olacaq.