Ermənistanda etirazçılarla polislər arasında əlbəyaxa dava düşüb. 

"Unikal" xəbər verir ki, "Müqavimət" hərəkatının iştirakçıları Ermənistan prezidentinin iqamətgahının qarşısını kəsdiyi üçün polislərlə aralarında qarşıdurma yaranıb.  

Erməni KİV-lərinin məlumatına görə,  polislər etirazçılardan ərazini tərk etməyi tələb ediblər. Buna qarşı çıxan aksiya iştirakçıları ilə polislər dava düşüb. 

***09:43

İrəvanda "Müqavimət" hərəkatının iştirakçıları Ermənistan prezidentinin iqamətgahını mühasirəyə alıblar.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. 

Qeyd edək ki, mayın 2-dən etibarən İrəvanda müxalifət  nümayəndələri Baş Nazir Nikol Paşinyanın istefası tələbi ilə itaətsizlik aksiyaları keçirirlər. 

Gülayə  Mecid 


b