Amerika ayaqqabı və geyim istehsalçısı "Nike" Rusiya bazarını tərk etmək qərarına gəlib.
"Unikal" xəbər verir ki, bu barədə “Vedomosti” məlumat yayıb.
Nəşrin məlumatına görə, Amerika pərakəndə satışının Rusiyanın ən böyük brend mağazalar şəbəkəsinə sahib olan "Inventive Retail Group" (IRG) ilə françayzinq müqaviləsini uzatmayıb.
IRG prezidenti Tixon Smıkovun sözlərinə görə, bu yolla "Nike" "yaxın gələcəkdə" Rusiyaya mal tədarükünü təşkil edə bilməyəcək.
"IRG-nin ehtiyatları tükəndikcə, o, bu marka altındakı bütün mağazaları bağlamaq məcburiyyətində qalacaq" deyən Smıkov bunun işçilər üçün böyük zərbə olduğunu bildirib.
Gülayə Mecid