Moskvada 17-ci əsrdə tikilmiş Pyotr və Pavel kilsəsində  yanğın baş verib. 

"Unikal"  Rusiya mətbuatına istinadən xəbər verir ki, səhər saatlarında baş verən hadisədən sonra əraziyə xilasedicilər və təcili yardım xidmətləri sövq edilib.  

Ölən və  yaralananlar olmasa da, kilsəyə maddi ziyan dəyib.