Rusiya prezidenti Vladimir Putin Rosqvardiyanın direktor müavini general-mayor Aleksandr Kurenkovu Fövqəladə Hallar Nazirliyinin rəhbəri təyin edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Rusiya FHN-nin keçmiş rəhbəri Yevgeni Ziniçev 2021-ci il sentyabrın 8-də Norilskdə kinorejissor Aleksandr Melniki xilas etməyə çalışarkən faciəvi şəkildə dünyasını dəyişib.