Britaniya Müdafiə naziri Ben Uolles Rusiyanı aclığın inkişaf edə biləcəyi ölkələrə kömək etmək üçün Ukraynadan taxıl ixracına maneə olmağı dayandırmağa çağırıb.
Bu barədə "Unikal" The Guardian-a istinadən xəbər verir.
Nazir həmçinin ixracın dayandırılması müqabilində ölkəyə qarşı sanksiyaların ləğvi ideyasını da rədd edib. Bununla belə, o, digər Qara dəniz ölkələrinin taxıl daşınmalarını müşayiət edə bilməsi təklifini alqışlayıb.
Ramil Zeynallı