Hindistanın şimalındakı Cammu və Kəşmir birliyinin ərazisinə silahlı hücum olub.
"Unikal" "İzvestiya"ya istinadən xəbər verir ki, hücum nəticəsində teleaparıcı Amrin Bhat ölüb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının məlumatına görə, terrorçu dəstə yerli sakin Amrin Bhatı evində güllələyiblər. Xəstəxanaya çatdırılan qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. Onun 10 yaşlı qardaşı oğlu Fərhan Zubair qolundan güllə yarası alıb.
İlkin məlumatlara görə, atəş açan üç şəxs olub və onların hamısı "Ləşkər-e-Taibə" terror qruplaşmasına aid olub.
Ağarza Elçinoğlu