ABŞ və Böyük Britaniya aktyoru Entoni Hopkins yeni filmə çəkiləcək.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, “Freydin son seansı” (“Freud’s last session”) adlı filmdə aktyor məşhur psixoloq Ziqmund Freydin obrazını canlandıracaq.
Film yazıçı Mark st.Cermeynin eyniadlı pyesi əsasında çəkiləcək. Ekran işinin ssenari müəllifi Mark st. Cermeyn, rejissoru isə Mett Braundur.
Filmdə hadisələr İkinci Dünya müharibəsi ərəfəsində – psixoanalizin atası sayılan Freydin həyatının son illərindən bəhs edir.
Məlumat üçün qeyd edək ki, Entoni Hopkins kinematoqrafiyada daha çox “Quzuların səssizliyi”, “Hannibal”, “Qırmızı Əjdaha” filmlərindəki silsilə qətllər törədən adamyeyən "Hannibal Lekter" obrazı ilə məşhurlaşıb.
O, 1992-ci ildə “Quzuların səssizliyi” filminə görə və 2021-ci ildə “Ata ” filminə görə Ən Yaxşı Aktyor “Oskar” qazanıb.
Aynurə Xudaverdiyeva