Azərbaycan para-atleti Samir Nəbiyev İsveçrənin Nottvil şəhərində keçirilən Qran-pridə qızıl medal qazanıb.

Milli Paralimpiya Komitəsindən "Unikal"-a verilən məlumata görə, idmançı nüvə itələmə kateqoriyasında (F57) 13.02 metr nəticə göstərib.

Nəbiyev bu nəticə ilə bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.