Türkiyənin "Star" kanalında yayımlanan "Kaderimin oyunu" serialı final edəcək. 
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ikinci mövsüm də yayımlanması planlaşdırılan ekran işinin reytinqlərdə geriləməsi bu qərarın alınmasına səbəb olub.

Serial iyunun 17-də 26-cı bölümü ilə izləyicilərinə vida edəcək. 

Qeyd edək ki, "Kaderimin oyunu"nun baş rollarını Öykü Karayellə Akın Akınözü paylaşır.