Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynaya silah göndərən ölkələrə xəbərdarlıq edib.
"Unikal" xəbər verir ki, bu barədə XİN başçısı “RT Arabic” telekanalına müsahibəsində danışıb.
“Rusiyanın ərazisinə zərbələr endirməyə qadir olan silahların tədarükü qəbuledilməz eskalasiyaya doğru addım olacaq. Ümid edirik ki, Qərbdəki sağlam qüvvələr bunu başa düşəcəklər", - deyə Lavrov xəbərdarlıq mesajında vurğulayıb.