Bakıda keçirilən Dünya Kubokunda 10 metr məsafəyə tapança atıcılığı növündə final yarışı başa çatıb.
"Unikal" xəbər verir ki, finalın qalibi serbiyalı Damir Mikeç olub. Bolqarıstanlı Kaloyan Stamenov gümüş, almaniyalı Maykl Şvald bürünc medal qazanıb
xxx
13:30
Dünən Bakıda başlayan atıcılıq üzrə Dünya Kubokunda ilk finallar başa çatıb.
"Unikal" xəbər verir ki, 10 metr tüfəng atıcılığı üzrə kişilər arasında keçirilən yarışda serbiyalı Lazar Kovaçeviç 16:14 hesabı ilə xorvatiyalı Miran Mariçiçi önləyərək qızıl medal qazanıb. Yarışın gümüş medalçısı Miran Mariçiç, bürünc medalçısı qazaxıstanlı İslam Usseynov olub.
10 metr tüfəng atıcılığı üzrə qadınların finalında fransalı Osean Müller rəqibi polşalı Aneta Stankeviçə 16:12 hesabı ilə qalib gəlib. Rumıniyalı İli Laura-Georgeta bürünc medal sahibi olub.
Qadın və kişilər arasında 10 m tapança atıcılığı üzrə finallar da bu gün keçiriləcək.