Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin sürücülərin müəyyən edilməsi məqsədilə şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə nəzarət-profilaktik tədbir keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, keçirilən tədbirlər zamanı 50-yə yaxın nəqliyyat vasitəsi saxlanılaraq xüsusi cihazlar vasitəsilə onlardakı zərərli qazların miqdarı yoxlanılıb və bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub.
Polis əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.
Həmçinin, digər yol hərəkəti qaydalarını pozan şəxslər də yol polisi tərəfindən müəyyən olunub və ümumilikdə 20 sürücü barəsində inzibati protokol tərtib edilib.