Bu gün Rusiya kubokunda 2021-2022 mövsümünün qalibi müəyyənləşib.
"Unikal" xəbər verir ki, final matçında paytaxt Moskvanın iki klubu üz-üzə gəlib. "Spartak" "Dinamo" ilə qarşılaşıb.
2:1 hesabı ilə qalib gələn "Spartak" 14-cü dəfə ölkə kubokunu qazanıb.
"Spartak" (Moskva) - "Dinamo" (Moskva) - 2:1
Qollar: Sobolev, 10 (1:0), Zaxaryan, 55 (1:1), Promes, 72 (2:1)
"Spartak" Rusiya Superkubokunda çempion "Zenit"lə qarşılaşacaq. Oyun iyulun 9-da keçiriləcək.