Ermənistanda zəlzələ baş verib.
"Unikal"ın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, Bakı vaxtı ilə saat 22:00 radələrində qeydə alınan zəlzələ 3,5 bal gücündə olub.
Məlumata görə, təbiət hadisəsinin gücü episentrdə 4-5 bal olub. Zəlzələ Ermənistanın bəzi rayonlarda 4 bala qədər hiss edilib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələnin gücü Azərbaycanın Ermənistanla sərhəd rayonlarında 3 bal olub.
Ağarza Elçinoğlu