"Liverpul" futbolçusu Sadio Maneni 30 milyon avroya satmaq fikrində deyil.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, mersisaydlılar Almaniya mətbuatında daha əvvəl yazılan bu məbləğdən qat-qat böyük məbləğ tələb edəcəklər.
"Bavariya" seneqallı yarımmüdafiəçini transfer etmək üçün favorit olaraq qalır. Lakin hələlik futbolçu üçün rəsmi təklif göndərilməyib. Mane özü isə "Liverpul"dan ayrılmaqda qərarlıdır.
Qeyd edək ki, 30 yaşlı futbolçu 2016-cı ildən "Liverpul"da çıxış edir.