Kürdəmir rayonunda baş verən intiharın bəzi təfərrüatları məlum olub. 

"Unikal"ın Xəlsə kənd bələdiyyəsindən əldə etdiyi məlumata görə, Məmişova Aidə bir müddətdir nişanlı imiş.

M.Aidə özünü tövlədən asıb. Onun meyitini ilk olaraq qardaşı aşkar edib. 

Qeyd edək ki, hadisə baş verən zaman ailənin digər üzvləri həyətdə olub. 

Ağarza Elçinoğlu

xxx

19:48

Kürdəmir rayonunda intihar hadisəsi baş verib.

"Unikal" "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Xəlsə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2004-cü il təvəllüdlü Məmişova Aidə Kaman qızı özünü yaşadığı evin həyətində asaraq intihar edib.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.