Azərbaycanın Milli Qəhrəmanı Fred Asifin oğlu Azər Məhərrəmov qızıl medal qazanıb.

"Unikal" xəbər verir ki, o, Polşanın Rumya şəhərində keçirilmiş qol güləşi üzrə Avropa çempionatının qalibi olub.

105 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı finalda yerli Dariuş Popileklə qarşılaşıb. Rəqibini məğlub edən Məhərrəmov qızıl medala sahiblənib.