Quba rayonunun Birinci Nügədi kəndində "ВАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Yol kənarındakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.