Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

"Unikal" FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın heç bir təmsilçisi yer almayıb.

Şəhriyar Məmmədyarov 2 751 xalla 7 pillə geriləyərək, 14-cü sırada qərarlaşıb. 2 753 xalı olan Teymur Rəcəbov isə 13-cü yerdəki mövqeyini qoruyub.